|
|
Valeriana officinalis L.
– pişikotu (Valerianaceae) fəsiləsindən
olan çoxillik ot bitkisidir. Estrakt şəkilində dəmləməsi spazmanı
aradan qaldırır. Yuxusuzluq zamanı, sinir sisteminin xəstəliklərində
sakitləşdirici kimi işlədilir. |
|
Rosmarinus officinalis L.
- dodaqçiçəklilər (
Labiatae) fəsiləsindən olan çoxillik, ətirli, həmişəyaşil köl
bitkisidir. Tibbdə rozmarinin dəmləmısini əsəb, ürək nevrozlari
xəstəliklərində istifadə olunur. Tərkibində rozmarin olan preporatlari
soyuqdəymədə də istifadə edirlər. |
|
Taraxacum officinale Wigg.
- Dərman aciqovuğu (zəncirotu)
(Asteraceae) fəsiləsindəndir. Xalq təbabətində isə acıqovuğun
dəmləməsindən qaraciyər xəstəliklərində, habelə həzm prosesini
yaxşılaşdıran dərman kimi istifadə edlir.
|
|
Aloe arborsens Mill
- Ağacvari əzvay zanbaqçiçəklilər
( Liliaceae) fəsiləsindəndir. Əzvay şirəsi müxtəlif xəstəliklərdə:
irinli yaralar, dərinin iltihabı, zəıflik, halsızlıq. Iştahgətirici,
sarılıq, xroniki bağırsaq keçməməzliyi, qastrit, mədə-bağırsaq
yaraları, vərəm, baş ağrısı, göz, diş və ağız iltihabi hallarına
qarşı işlədilir. |
|
Asparagus officinalis L.
( Asparagaceae) Dərman qulançarı
və ya mərəçüyüd. Bitkinin kökü, kökümsovu, təzə-tər zoğları,
gövdəsi, yarpaqları və toxumları müxtəlif xəstəliklərin müalicəsində
- sidikgovucu, sidik kisəsinin ağrıları, qan təziqi, vərəm,
ürək ağrıları,yel, şəkər, sonsuzluğa qarşı və s. istifadə olunur.
|
|
Oenothera biennis.
- Yağıotu fəsiləsindən (Onagraceae)
olan ikiillik bitkidir. Xalq təbabətində və kiçik dozalarla
müalicə üsullarında (homeopatiyada) istifadə olunur.
|
|
Trifolium pratenze -
- üçyarpaq yonca paxlalılar (Fabaceae)
fəsiləsindəndir. Sulu dəmləməsindən tənəffüs yolları xəstəliklərində
sinəyumuşaldıcı və bəlğəmgətirici, sidikqovucu, tərlədicin və
antiseptik maddə kimi istifadə olunur. |
|
Viola tricolor L.
- Bənövşəkimilər ( Violaceae
) fəsiləsindən olub bir və ya ikiillik bitkidir. Tibbdə bəlğəmgətirici
vasitə kimi nəfəs yolları xəstəliklərinin müalicəsində daha
çox istifadə olunur. |
|
Saponaria officinalis L
– Dərman sabunotu gərənfilkimilər
(Caryophyllaceae) fəsiləsindən olub çoxillik bitkidir. Xalq
təbabətində bəlğəmqətirici (bronxit), sidikqovucu kimi, qismən
dəri yaralarında, eləcə də zədələrə qarşı istifadə olunur. |
|
Melissa officinalis L.
– Limonotu dodaqçiçəklilər(Lamiaceae)
fəsiləsindən olub çoxillik ot bitkisidir. Xalq təbabətində ürək
xəstəliklərinin müalicəsində ürək ağrılarını kəsən vasitə kimi
istifadə olunur. |
|
Datura stramonium Mill.
– Quşüzümü (Solanaceae) fəsiləsindən olub çoxillik bitkidir.
Xalq təbabətində ruhi və əsəb xəstəliklərin müalicəsində, tibdə
isə bronxial astma və nəfəs yolları xəstəliklərinin müalicəsində
istifadə olunur. |
|
Salvia officinalis L.
– Dərman sürvəsi (adaçayı) dodaqçiçəklilər
(Lamiaceae) fəsiləsindən olub çoxillik bitkidir. Diş pastalarının
tərkibini xoşətirli etmək məqsədi ilə işlədilir. Ağız boşluğunu
və boğazı qarqara etmək üçün istifadə edilir. |
|
|
|
|