Maddələr
mübadiləsi – canlı hüceyrə və orqanizmdə gedən bütün biokimyəvi
proseslərin məcmusu.
Mahmız – çiçək
ləçəyi və ya kasayarpağın içi boş uzadılmış fırı.
Makroelementlər
(yun. «makros» – iri və lat. «elementum» – ilk maddələr) - bitki tərəfindən
çoxlu miqdarda mənimsənilən kimyəvi elementlər.
Makrofanerofitlər –
torpaqdan xeyli yüksəkdə yerləşən, hündürlüyü 30 m-dən apşağı olmayan
yeniləşmiş tumurcuqlu ağaclara aid olan bitkilərin həyatı formaları.
Makrofiliya
– iriyarpaqlılıq və ya bitkilərdə əmələ gələn iri yarpaqlar.
Makrofitlər
(yun. «makros» – iri, «fiton» - bitki) - böyüdücü cihaz olmadan adi
gözlə müşahidə edilə bilən iri ot bitkiləri.
Makrokonidi
– makrokonidilərə nisbətən iri ölçüsünə görə digər vaxtda və digər daşıyıcılarda
əmələ gələn iri konidi.
Makroqametangi (makroqametadan
+ yun. «angeyon» – boru) - tərkibində meqaqameti (makroqametlər) əmələ
gələn qametangi.
Makroqametofit (yun.
«makros» – böyük, «hamete» - dişi, «fiton» - bitki) – heterosporlu bitkilərdə
dişi qametofit. Çiçək bitkilərinin rüşeym kisəsi.
Makroqamiya
– bax: holoqamiya.
Makrosista (Sklerosiya)
- cavan (tər) plazmodinin sükunət forması.
Makrosoma –
müxtəlif kimyəvi tərkibli hüceyrənin protoplazmasında mikrosomlarla
müqayisədə daha iri cisimciklər.
Makrosporangi (makrospordan
+ yun. «angeyon» – boru) - makrosporların inkişaf etdiyi müxtəlif sporlu
bitkilərin orqanları (meqaspor).
Makrosporlar (yun.
«makros» – böyük, «sporos» - toxum) – makrosporangiyada əmələ gələn
iri sporlar. Bu sporlardan makroqametofit inkişaf edir.
Makrosporogenez
(makrospordan + yun. «genezis» – əmələ gəlmə) - ali bitkilərdə iri sporların
(meqa-və ya makrospor) əmələ gəlmə prosesi.
Makvis – həmişəyaşıl
sərtyarpaqlı və tikanlı kolların və alçaqboylu ağacların (mərsin, ardıc
və s) cəngəlliyi.
Malakofiliya (yun.
«malakion» – molyuska, «fileo» - sevmək) - qarınayaqlı molyuskaların
iştirakı ilə bitkilərin tozlanması.
Maltaza –
maltoza disaxaridini qlükozanın iki molekuluna parçalayan ferment.
Mamırlı bataqlıqlar
– ən geniş yayılmış bataqlıq tipi.
Mancuriya elementi
– Mancuriyada yerləşmiş olan arealın böyük bir hissəsi və ya
areal, növ qrupları.
Manqrov bitkiliyi –
dənizin qabarmasından əmələ gələn subasarların tropik həmişəyaşıl halohiqrofil
oduncaqlı bitkiliyi.
Manqrov meşələri –
dənizin dalğalarından qorunan, lakin qabarma zamanı subasar lilli tropik
sahil boyunca yerləşən həmişəyaşıl meşələr.
Manqrovlar –
ekvatorial və tropik qurşaqlarında düzən dəniz sahillərinin qabarma
– çəkilmə zolağında yerüstü hava kökləri olan alçaq boylu (10 m – dək)
həmişəyaşıl halofit ağac və kolluqlardan ibarət cəngərliklər.
Mannit – bitkilərdə,
əsasən də ibtidai bitkilərdə geniş yayılmış, mannozaların bərpa olunması
zamanı əmələ gələn altınüvəli spirt.
Mannoza –
heksoza qrupundan olan monosaxarid.
Mantar – bitkilərin
ikinci örtük toxumasında peridermanın xarici qatı.
Mantar kambisi –
peridermanın tərkib hissəsi, ikinci törədici toxuma, fellogen.
Mantar toxuma –
bax: mantar.
Maserasiya
(lat. «maserasio» – yumşalma) - hüceyrəarası maddələrin fermentativ
və ya kimyəvi həll olması nəticəsində orqan və ya toxumalarda bitki
hüceyrələrinin ayrılma prosesi.
Mayalandırıcı çıxıntılar
– anteridinin tərkibinin toxum hüceyrəsinə tökülməsində boru rolunu
oynayan və ooqoni qabığını deşib keçərək onun ortasında kök salan oomisetlərdə
anteridi fırları.
Mayalanma –
erkək və dişi cinsi hüceyrələrin birləşməsi.
Mayalar –
üzvü maddələrlə zəngin substratların maye və ya yarımmaye qidalanmasına
keçməsi nəticəsində mitseli quruluşunu itirmiş təkhüceyrəli göbələklərin
taksonomdan xaric qrupu.
Medulyar qın
(lat. «medulya» – özək) - özəyin periferik hissəsi; bu qatın hüceyrələri
uzun müddət canlı qalır və ehtiyat qida maddələrinin ayrılması üçün
xidmət edirlər.
Mexaniki toxuma –
bitkinin özünə və xarici mühitin mexaniki təsirlərinə qarşı dözümlülük
və möhkəmlik verən, bir növ armatur rolunu oynayan bitki hüceyrəsinin
ixtisaslaşmış qrupları.
Mexanoxoriya (yun.
«mexane» – alət, «xoreo» - gedirəm, yayılıram) - açılan meyvə toxumlarının
mexaniki səpələnməklə yayılması.
Meqakarpiya –
irimeyvəlilik.
Meqaqametofit
(yun. «meqas» – iri + qametofit) - bitkilərin dişi cinsi nəsli, müxtəlif
sporlu bitkilərdə meqaspordan inkişaf edirlər.
Meqaspor –
(yun. «meqas» – iri + spora.). bax: makrosporlar.
Meqasporangi
(meqaspordan + yun. «angeyon» – boru) - bax: makrosporangi.
Meqasporofill (meqasporadan
+ yun. «fillon» – yarpaq) - üzərində meqasporangilər inkişaf edən şəklinidəyişmiş
yarpaqlar.
Meqasporogenez
(meqasporadan + yun. «genezis» – yaranma) - bax: makrosporogenez.
Melanin –
bir sıra göbələklərin lokalizə olunmuş hiflərində, meyvələrin perikarp
hüceyrələrində, köklərin subepidermal hüceyrələrində və digər orqanlarda
qəhvəyi və ya qara rəngli üzvü maddələr.
Mendelizm –
genetikanın əsasını təşkil edən irsiyyət qanunauyğunluqları haqqında
təlim. Q. Mendelə görə «elementlər» (amidlər) əlahiddə olub, çarpazlaşma
nəticəsində qovuşmur və itmir. Əvvəlki nəsillərdə onlardan biri üstünlük
təşkil edib meydana çıxır. «İtmiş» əlamət isə sonrakı nəsillərdə tədricən
özünü biruzə verir.
Mentor – (Mentor
– Homerin «Odisseya» poemasında Odisseyin oğlu Telemakın tərbiyyəçisinin
adı) - yaşlı bitkilərdə olan müəyyən əlamətlərin cavan hibrid toxmacarlara
ötürülməsi üçün calaq vasitəsi. Mentor həm calaqaltı, həm də calaqüstü
ola bilər.
Merikarpilər (yun.
«meris» – hissə, «karpos» - meyvə) - çətirçiçəklilərdə (Apiaceae fəs.)
iki quru birtoxumlu meyvəciklərdən ibarət meyvə.
Meristema
(yun. «meristos» – bölünən) - fəal bölünən hüceyrələrdən ibarət yardımçı
toxuma.
Meristema toxuması
– bitki orqanizminin bütün daimi toxumaları əmələ gələn differensiasiya
olunmamış hüceyrə qrupları.
Meroqamiya –
iki spesifik qametlərin vegetativ hüceyrələrdən nisbətən az kopulyasiya
edilməsi ilə xarakterizə edilən, onlardan öz quruluşuna görə çox və
ya az dərəcədə fərqlənən və adətən hərəkətliliyə malik olan və qametanginin
qız hüceyrələri kimi əmələ gələn birhüceyrəli orqanizmlər və ibtidai
bitkilər arasında geniş yayılmış konyuqasiya tipi.
Merotomiya –
təkhüceyrəli və çoxhüceyrəli orqanizmlərin ayrı-ayrı tərkib hissələrinin
funksional əhəmiyyətini müəyyən etmək məqsədilə onların hissələrə bölünməsi,
eyni zamanda qarşılıqlı asılılıqlarının aydınlaşdırılması.
Mestom (yun.
«mestos» – doldurulmuş) - borulu-lifli dəstələr.
Meşə – öz
inkişafında bioloji cəhətdən bir – biri ilə bağlı olan və bir – birinə,
həm də xarici mühitə təsir göstərən ağac, kol, ot, digər bitkilər (mamır,
şibyə), heyvanat aləmi və mikroorqanizmlərin birliyi (vəhdəti) olub,
biosferin mühüm tərkib hissəsi, coğrafi landşaftın elementidir.
Meşə döşənəyi –
meşədə torpaq üzərində üzvü qalıqların qatı, meşə çürüntüsü.
Meşəkənarı –
qonşu biosenoza zolaq şəklində dar keçidli sərhəd (ekoton).
Meşə kulturası –
süni surətdə yaradılmış meşə örtüyü.
Meşə-park
– şəhər və digər yaşayış məntəqələrin ətrafında rekreasiya məqsədi ilə
istifadə olunan abadlaşdırılmış meşə massivləri.
Meşə yanığı –
əsasən kortəbii şəkildə yayılan yanğın.
Meşəaltı –
1) meşə qruplaşmasında kollar; 2) meşə qruplaşmasının əsas ağaclıq yarusunun
hündürlük səviyyəsinə çatmayan kol və ağacların məcmusu.
Meşə çətiri –
eyni tipli morfoloji tərkibdən ibarət olan yarusların çətirlərinin məcmusu.
Meşəçilik –
meşə senozlarının tipologiyası, dinamikası, strukturu və ekologiyası
haqqında elm.
Meşəlik –
meşə ilə örtülmüş sahənin ərazinin (rayon, respublika) ümumi sahəsinə
nisbəti.
Meşənin bərpası
– yaşlı nəsil meşə cinslərinin yeniləri ilə əvəz olunması və ya antropogen
təsirlər nəticəsində məhv olmuş meşə sahələrində özünübərpa yolu ilə
ağac bitkilərinin toxmacarlarının əmələ gəlməsi.
Metabazidi –
daxilində diploid nüvənin bölünməsi gedən degenerasiya olunmuş bazidi.
Metabioz (yun.
«meta» – arası, sonra) - iki və bir neçə mikroorqanizmin birgə yaşayışı.
Metabolitlər
– canlı orqanizmlərdə maddələr mübadiləsinin məhsulları.
Metabolizm –
bax: maddələr mübadiləsi.
Metafaza (yun.
«meta» – sonra, «kerkos» - quyruq) – hüceyrənin metoz bölünməsi zamanı
profaza mərhələsindən sonra gələn faza. Bu zaman nüvənin qlafı əriyir
və xromosomlar hüceyrənin ekvatoru boyu düzülürlər.
Metafloema
(yun. «meta» – sonra + floema) - protofloemdan sonra prokambidən, yəni
orqanın uzununa böyüməsi başa çatdıqdan sonra əmələ gələn floema elementləri.
Metagenez –
cinsi nəslin qeyri-cinsi nəsil ilə növbələşməsi ilə gedən çoxalma.
Metaxromatin
(yun. «meta» – sonra, «xroma» - boya) - kolloid məhlul halında bakteriya
və göbələklərin vakuol hüceyrələrində olan maddə.
Metaksenilər
(yun. «meta» – birgə + ksenilər) - ikiqat mayalanmanın təsiri nəticəsində
tozcuğun ana bitkinin hüceyrəsinə (meyvələr) təsiri.
Metaksilema –
enli işıq zolaqlı traxeidlərlə və pilləli, torlu və nöqtəli borucuqların
qalınlaşmış uzunsov divarcıqları ilə təmsil olunmuş, proksilemanın ardınca
prokambidən əmələ gələn ksilema elementləri.
Metameriya (yun.
«meta» – birgə; «meris» - hissə, pay) - öz aralarında oxşar parçalanmış
hissələri – metamerləri olan bitkinn orqan və üzvlərinin quruluş tipi.
Metamorfoz (yun.
«metamorphosis» – dəyişilmə, çevrilmə) – bitkilərin və heyvanların hərdi
inkişafında (ontogenezdə baş verən və geniş yayılmış çevrilmə, dəyişilmə
hadisəsi) təkamül prosesində qazanılmış uyğunlaşma.
Metantlar (yun.
«meta» – sonra, «anteros» - çiçəkləyən) - vegetasiya müddətinin sonunda
mülayim qurşaqlarda çiçəkləyən bitkilər.
Metaplazma
(yun. «meta» – sonra + plazma) - hüceyrənin orqanoidi olmayıb, lakin
ehtiyat maddələri və ya əlavə mübadilə məhsulları kimi protoplazmaya
daxil olan əlavələr.
Metatraxial parenxim
(yun. «meta» – xaricdə + traxeyalar) - adətən borucuqların
yerləşməsindən asılı olmayaraq tangental qatlar halında yerləşən oduncaq
parenximi.
Metatrof orqanizmlər
– bax: heterotrof orqanizmlər.
Metatroflara
– bax: heterotrof bitkilər.
Meyvə – örtülütoxumlu
bitkilərdə yumurta hüceyrəsi mayalandıqdan sonra yumurtalıqdan əmələ
gələn törəmə. Daxilində toxumdaşıyan yetişmiş yumurtalıq.
Meyvə bitkiləri
– şirəli və ya bərk, yeyilən meyvəsi olan, yabanı halda bitən və becərilən
ağac, kol, yarımkol, çoxillik kolcuqlar qrupu.
Meyvə budaqları –
meyvə ağaclarında çiçəklər, sonradan isə meyvələri əmələ gələn qısaldılmış
çiçəkdaşıyıcı budaqlar.
Meyvə cismi –
nisbətən nazik şaxələnmiş steril tellərdən əmələ gələn və cinsi çoxalma
sporu olan, yəni spordaşıyıcı funksiya ilə bağlı olan bir çox kisəli
və bazidial göbələklərin müəyyən halda təşkil olunmuş quruluşu.
Meyvə saplağı
– meyvə daşıyan budaq hissəsi. Çiçək saplağından formalaşır.
Meyvə yarpağı
– toxum rüşeymi daşıyan çiçəyin yarpaqvarı quruluşu.
Meyvəçilik –
bitkiçilik sahəsi olub, insanların qidalanması üçün yararlı meyvə verən
çox illik bitkilərdən bəhs edir.
Meyvəkök –
əsas kökün üst hissəsindən əmələ gələn kök yumrusu.
Meyvəyanlığı (perikarp)
– meyvələrin (ali bitkilərdə) və ya meyvə cisminin (göbələklərdə) qabığının
məcmusu üç qatdan ibarətdilər: üst –ekzokarp, orta – mezokarp və daxili
– endokarp.
Mezantlar (yun.
«mezos» – orta, «anteros» - çiçəkləyən) - vegetasiya dövrünün ortasında
çiçəkləyən mülayim qurşağın bitkiləri.
Mezarx oduncaq –
(yun. «mezos» – orta, «arxe» - başlanğıc) - ilk elementləri dəstənin
mərkəzində, sonrakı elementləri isə onların ətrafında əmələ gələn oduncaq.
Mezenxima
– birləşdirici toxumalar əmələ gətirən embrional toxuma.
Mezoderma (yun.
«mezos» – orta, «derma» - dəri) - ektoderma və endoderma arasında yerləşən
rüşeym qatı.
Mezofanerofitlər
(yun. «mezos» – orta + fanerofitlər) - orta hündürlüklü ağaclara aid
olan bitkilərin həyati forması.
Mezofill (yun.
«mezos» – orta, «fillon» - yarpaq) - yarpağın xlorofildaşıyan hüceyrələrinin
əsas kütləsi.
Mezofitlər
(yun. «mezos» – orta, «fiton» - bitki) - orta dərəcəli rütubətli torpaqlarda
bitən bitkilər.
Mezohalofitlər
– orta duzlu suları üstün tutan bitkilər.
Mezohiqrofitlər
– orta rütubətli yerləri üstün tutan bitkilər.
Mezokarp (yun.
«mezos» – orta, «karpos» - meyvə) - xarici və daxili qatlar arasında
yerləşmiş meyvəyanlığının aralıq toxuması.
Mezokotil (yun.
«mezos» – orta, «kolitedon» - kasa) - cücərtinin əsas oxunda epikotil
və hipokotil arasında olan sahə.
Mezokserofitlər
– mezofitlərə nisbətən daha quru, kserofitlərə nisbətən isə daha rütubətli
şəraitdə bitən bitkilər.
Mezoqamiya (yun.
«meros» – orta, «qamos» - nigah) - funikulus və ya intequment vasitəsilə
tozcuq borusunun rüşeym kisəsinə keçməsi.
Mezoplankton
– 5 mm ölçülü orqanizmlərdən ibarət olan plankton.
Mezoplazma
(yun. «mezos» – orta, ortaq, «plazma» - hazırlanmış fiqur) - vakuoldan
tonoplastla, qlafdan isə plazmalemma ilə ayrılmış sitoplazmanın əsas
qatı.
Mezopodi –
yarpaqla alt yarpaq aralarında yerləşən düyün araları.
Mezosaprob
(yun. «mezos» – orta, «sapros» - çürük, «bios» - həyat) - üzvü maddələrlə
orta dərəcədə çirklənmiş su hövzələrində yaşayan bitkilər.
Mezospori –
ziqotun qabığının orta qatı (məs: yaşıl yosunlarda. Desmidiales növü).
Mezotrof bitkilər (yun.
«mezos» – orta, «trofe» - qida) - torpaqda və ya digər substratda qida
maddələrinə, eyni zamanda minerallara az tələbkar olan bitkilər.
Meyoz (yun.
«meyozis» – azalma) - reduksion bölünmə.
Məcburi dincəlmə
– bitkilərdə qida maddələrinin çatışmaması, quraqlıq, aşağı temperaturla
müşayiət olunan dinclik.
Mədəni bitkilər –
insanlar tərəfindən ehtiyaclarını ödəmək məqsədilə becərilən bitkilər.
Məhdudlaşdırıcı amillər
– bu və ya digər prosesi yubandıran və ya dayandıran amil.
Məhsuldarlıq –
biosenozun (o cümlədən su biosenozun) və aqrosenozun müəyən sahəsindən
əldə edilən faydalı məhsulun miqdarıı.
Məndəcər yer (xam
yer) – heyvanlar tərəfindən yeyilməyən bitkiliklə örtülmüş ərazi.
Mənfi fototaksis –
orqanizmin işıq mənbəyi az olan tərəfə keçidi. Çox vaxt güclü işıqlandırılmada
müşahidə edilir.
Mənfi geotropizm –
bitki orqanlarının boyunun yer kürəsinin mərkəzindən kənara doğru istiqaməti.
Mənşə – taksonun
formalaşıb inkişaf etdiyi sahə.
Mərhələ –
fərdi keyfiyyət xüsusiyyətlərinə malik olan bitkinin inkişafındakı müəyyən
mərhələ.
Mərkəzi cisim –
göy–yaşıl yosunların hüceyrələrində protoplastın mərkəzi rəngsiz hissəsi.
Mərkəzi topalar –
floemanı konsentrik əhatə edən ksilema və ya eyni ilə ksilemanı koasentrik
əhatə edən floeması olan keçirici topalar.
Məsaməli borular –
yaxşı formalaşmış haşiyəli və ya digər məsamə tipli borular.
Məsaməli parenxim –
yarpağın alt tərəfində yerləşən və iri hüceyrəarası boşluqlar nəticəsində
əmələ gəlmiş hüceyrələrin yumşaqlığı ilə seçilən parenximanın assimilyasiya
olunmuş qatı.
Məskən – fərdlərin,
populyasiyaların və ya növlərin yaşadığı yer, şərait və mühit.
Məskən şəraiti –
bitkilərə və ya qruplara normal inkişaf üçün lazım olan mühit amillərin
cəmi.
Mikoxitridiyalar –
göbələklərdə mitselinin tam olması; onlarda tallom həmişə intrakatrikaldır,
yəni substrata batırılmış, qeyri – cinsi çoxalma holokarpikdir.
Mikologiya
(yun. «mikes» - göbələk, «logos» - elm) - botanikanın bölmələrindən
biri olub, göbələklər haqqında elmdir.
Mikoplazma –
toxumun bitkidə inkişafı zamanı, toxumlarda mövcud olan və mitseli verən
Pussinia cins növlərinin latent simbiotik forması; bitkinin inkişafı
zamanı mitseli onun toxumalarına keçir və bütün orqanlarına yayılır.
Mikoriza (yun.
«mikes» – göbələk və «rhiza» - kök) – göbələk – kök – göbələk mitselisinin
ali bitki kökləri ilə birlikdə sinbioz (müştərək) yaşaması.
Mikoriza törədənlər
– ektotrof, endotrof və ya ektoendotrof mikorizaların ot bitkilərində,
kollarda və ağacların köklərində əmələ gələn göbələklər.
Mikotrof bitkilər –
mikorizası olan və köklərin daxilində və ya səthində yerləşmiş göbələklər
vasitəsilə torpaqdan qida maddələri alan bitkilər.
Mikotrofluq (yun.
«mikes» – göbələk, «trofe» - qidalanma) - mikoriza göbələklərinin iştirakı
ilə ali bitkilərin qidalanması.
Mikozin –
göbələyin hüceyrə divarında müəyyən edilən və həşəratın xitininə bənzər
xitozandan, polisaxarid azotundan törəyən maddə.
Mikozlar (yun.
«mikes» – göbələk) - parazit göbələklər tərəfindən yaranan xəstəlik.
Mikrob (yun.
«mikros» – kiçik, «bios» - həyat) - aktinomisetlərin, bakteriyaların,
maya göbələkləri və mikroskopik göbələklərin, yəni mikroorqanizmlərin
ümumiləşdirilmiş adı (mikroskopik yosunlar və ibtidailər müstəsna olmaqla).
Bəzən bütün mikroorqanizmlər mikroblar adlandırılır.
Mikrobentos
– su hövzələrinin dib torpaqlarında yaşayan və mikroskopik ölçüyə malik
olan canlılar.
Mikrobiologiya
(yun. «mikros» – kiçik, «bios» - həyat) - mikroorqanizmləri, mikroskopik
göbələkləri və yosunları, onların sistematikasını, morfologiyasını,
fiziologiyasını, biokimyasını, irsiyyət və dəyişkənliyini, təbiətdə
maddələr dövranında rolunu və yayılmısını, praktiki əhəmiyyətini öyrənən
elm.
Mikroelementlər –
orqanizmdə az miqdarda (adətən 0,001 % və daha az) təsadüf edilən kimyəvi
elementlər.
Mikrofanerofitlər (yun.
«mikros» – kiçik + fanerofitlər) - 2-8-m hündürlüyü olan kol və ağaclara
aid olan bitkilərin həyati formaları.
Mikrofil –
bəzi qazıntı və müasir ali bitkilərin (məs., plaunkimilər) xırda yarpaqları;
təkamül prosesi gedişində ali bitkilərin əcdadı olan psilofitlərin yarpaqsız
budaqlarında (telomlar) törəmə kimi əmələ gəlir.
Mikrofilliya
– xarici mühit şəraitinin təsiri nəticəsində bitkilərdə xırda yarpaqların
əmələ gəlməsi və ya xırda yarpaqlılıq.
Mikrofit –
ibtidai mikroskopik birhüceyrəli yosunlar (diamot, göy – yaşıl və s.).
Mikroflora (yun.
«mikros» – kiçik + flora) - müəyyən yerdə məskunlaşmış mikrobların məcmsu.
Mikroqamet
(yun. «mikros» – kiçik + qamet) - ibtidailərdə və təkhüceyrəli yosunlarda
hərəkətli kiçik cinsi hüceyrə.
Mikroqametangi
(mikroqametadan + «anqeyon» - boru) - mikroqamet əmələ gələn qametangi.
Mikroqametofit
(yun. «mikros» – kiçik + qametofit) - ali bitkilərdə (məs: Coniferae)
mikrospordan inkişaf edən erkək cinsi nəsil.
Mikroqruplaşma –
dominant populyasiyanın təsiri altında fitosenozun daxili qat çərçivəsində
yerləşən kiçik qrup.
Mikromanipulyator
(yun. «mikros» – kiçik və lat. «manipulyus» – ovuc) - mikroskop altında
bütün mümkün olan əməliyyatların aparılması üçün cihaz.
Mikromisetlər –
meyvə verən, mikroskopik ölçülü göbələk.
Mikronukleus –
ibtidailərdə (xüsusən infuzorlarda) təsadüf edilən kiçik nüvə.
Mikroorqanizmlər
(yun. «mikros» – kiçik + orqanizmlər) - bitki və heyvanlara nisbətən
sadə quruluşlu, yalnız mikroskop altında görünə bilən, əsasən, təkhüceyrəli
canlıların geniş qrupu.
Mikropile (yun.
«mikros» – kiçik, «pile» - keçid) - ali toxumlu bitkilərin yumurtacığındakı
tozcuq yolu olub, tozlanma zamanı buradan spermalar yumurtalığa daxil
olur.
Mikroplankton
– planktonun tərkibinə daxil olan mikroskopik orqanizmlərin məcmusu.
Mikrosenoz –
bax: mikroqruplaşma.
Mikrosistlər –
üzən sporun öz aktivliyini başa vurduqdan sonra qabıq ilə örtülən və
əlverişli şəraitədək sükunət halında qalan, sonradan yenidən hərəkətli
hüceyrə halına keçən quruluş.
Mikrositlər
– göy-yaşıl yosunların tellərində anormal kiçik hüceyrələr.
Mikrosomlar
(yun. «mikros» – kiçik, «soma» - üzv) - protoplazmada yerləşən, submikroskopik
hissəciklərdən ibarət olan ən kiçik hüceyrə orqanoidləri.
Mikrosporangi (mikrosporadan
+ yun. «auqeyon» – boru) – daxilində mikrosporlar inkişaf edən sporangi;
toxumlu bitkilərdə tozcuq yuvaları mikrosporangi rolunu oynayır.
Mikrosporlar
(yun. «mikros» – kiçik + spor) - kiçik qeyri – cinsi haploid sporlar.
Mikrospor inkişaf edərək erkək qametofit əmələ gətirir.
Mikrosporogenez
(mikrosporadan + yun. «genezis» – yaradılmış) - mikrosporangilərdə mikrosporların
əmələ gəlmə prosesi.
Mikrosporofillər (mikrosporadan
+ yun. «fillon» – yarpaq) - üzərində mikrosporangisi inkişaf etmiş müxtəlifsporlu
bitkilərin şəklinidəyişmiş yarpaqları.
Mikrotom (yun.
«mikros» – kiçik, «tone» - yarılma) - mikroskopik kəsiklərin hazırlanması
üçün cihaz.
Mikrozoospor
– bəzi yaşıl yosunlarda xırda zoosporlar.
Miksoamyoblar (yun.
«miksa» – selik, «amoybe» - dəyişkənlik) - psevdopodinin köməyilə hərəkət
edən, miksomisetlərin amöb hüceyrəsinin qalın qabıqdan məhrum olması.
Miksobakteriyalar (yun.
«miksa» – selik + bakteriyalar) - həqiqi bakteriyalardan bir çox nümayəndələrinin
hüceyrələrində nüvənin olması və mürəkkəb inkişaf tsikli ilə fərqlənən
bakteriyalar qrupu.
Miksomisetlər (yun.
«myxa» - selik+ «mykes» - göbələk, selik bitkisi, selikli göbələklər)
- göbələyəbənzər xlorofilsiz orqanizmlər şöbəsi.
Miksoplazma –
nüvə qabığının yox olması zamanı sitoplazma ilə karioplazmanın qarışması
nəticəsində nüvənin mitoz bölünməsi ilə gedən hüceyrə plazması.
Miksoploidiya –
poliploid və poliploid olmayan toxumaları qarışmış olan orqanizmlər.
Miksospora –
1) miksomiset sporun adı; 2) selikli sporların ekoloji müəyyən edilməsi.
Miksotrof –
həm qeyri – üzvi maddələrdən üzvü maddələr sintez edən, həm də hazır
üzvi birləşmələrlə qidalana bilən orqanizmlər (həşəratyeyən bitkilər,
evqlena yosunlar şöbəsinin nümayəndələri, bəzi bakteriyalar və s.).
Miksotrof qidalanma
(yun. «miksis» – qarışma, «trofe» - qida) - qarışıq qida olub,
bu zaman fotosintezlə bərabər orqanizmlər saprofit kimi hazır üzvü maddələri
mənimsəyirlər, bir çox qamçılılar, göy – yaşıl və yaşıl yosunlar üçün
xarakterikdir.
Miksotrof orqanizmlər
– bax: miksotrof.
Miqrantlar –
miqrasiya edən orqanizmələr.
Miqrasiya
(lat. «migratio», «migro» – keçirəm, köçürəm) – bitki növlərinin yarandığı
ərazilərdən yeni regionlara köçürülməsi.
Mildyu (sibrə)
– ağ, boz və ya tünd rəngli pambığa, yumağa oxşar və keçəvari səthli
mitseli üçün xarakterik olan, müxtəlif parazit göbələklər tərəfindən
törədilən bitki xəstəliyi.
Mimikriya
(yun. «mimos» - aktyor) - ayrı-ayrı orqanların digər orqanlar və ya
ətraf mühit predmetləri ilə oxşarlığı.
Mineral gübrələr –
tərkibində bitkinin qidalanması üçün lazım olan qeyri –üzvi maddələr,
əsasən duzlar olan gübrələr.
Mineral qidalanma –
bitkilərin kökləri vasitəsilə qeyri-üzvü birləşmələrin udulması və mənimsənilməsi.
Minimum qanunu –
ilk dəfə olaraq 1840 – ci ildə J. Libix tərəfindən süni göbrələrin praktiki
tətbiq edilməsi müəyyən edilmişdir.
Mirmekofil bitkilər
(yun. «miksis» – qarışqa, «fileo» - sevirəm) - bitki orqanlarında
qarışqaların yerləşməsi. Adətən yarpaqlarda yumurtavarı və ya armudvarı
çıxıntılardır.
Mirmekofiliya –
qarışqalar tərəfindən nektarlı bitkilərin quruluş xüsusiyyətlərinin
və ya ifrazatlarının istifadəsi.
Mirmekozoriya (yun.
«miksis» – qarışqa, «xoreo» - gedirəm, yayılıram) - qarışqaların köməyilə
bitki diasporlarının yayılması, zooxoriya növlərindən biri.
Mişarkənarlı yarpaq
– iti oyuqlu və iti dişcikli yarpaq.
Mitoxondri (yun.
«mitos» - tel, «chondrio» - dənəciklər) - sitoplazmanın sferik və uzunsov
formada orqanoidi olub, hüceyrəni enerji ilə təmin edir, hüceyrənin
«energetik stansiyası» sayılır.
Mitoz (karigenez)
(yun. «mitos» – tel) - hüceyrənin bölünmə, çoxalma üsulu. Mitozda 4
faza vardır: profaza, metafaza, anafaza, telofaza.
Mitseli (yun.
«mikes» – göbələk) - göbələklərin nazik şaxələnmiş tellərdən (hiflərdən)
ibarət olan vegetativ cismi, göbələk telləri.
Mitogenetik şüalar
(mitozdan + yun. «genezis» – yaranma) - A. Q. Qurviçin göstərdiyinə
görə canlı toxumaları çıxarılan və dincələn hüceyrələrin bölünməsinə
səbəb olan, dalğa uzunluğu 1900 – dən 3260 anqstremə çatan ultrabənövşəyi
şüalar.
Mizraqşəkilli yarpaq
– əsası iti pərli, kənarlara yayılmış yarpaqlar (məs: Convolvulus
arvensis L.).
Modifikasiya -
xarici mühitin təsiri altında müəyyən reaksiya norması daxilində baş
verən və irsən keçməyən fenotipik dəyişkənlik.
Momad quruluş –
suda aktiv hərəkət edən yosunların köməyilə bir və ya bir neçə qamçılılarla
xarakterizə olunan quruluş; təkhüceyrəli, kolonial və senobial formalar
arasında rast gəlinir.
Monadlar –
bax. monad quruluş.
Monoesiya –
bax. birevli bitkilər.
Monofagiya –
sahib orqanizmin bir nüsxəsinə göbələk orqanizminin uyğunlaşdırılması.
Monofaqlar (yun.
«monos» – bir, «faqeyn» - yemək) - yalnız müəyyən olunmuş bir növü sahib
kimi istifadə edən dar ixtisaslaşmış parazitlər.
Monofiliya
(yun. «monos» – bir, «file» - tayfa, cins) - müxtəlif qrupa mənsub canlıların
tarixi təkamül prosesində ümumi əcdad qrupdan başlanğıc alması.
Monoxazi (yun.
«monos» – bir, «xazis» - yarıq) - simpodial budaqlanmanın bir tipi olub,
üst tumurcuğun altında yerləşən yan tumurcuqdan inkişaf edən budağın
boyuna görə əsas oxu ötməsi.
Monokarp bitkilər –
bir dəfə çiçək açıb, meyvə verdikdən sonra məhv olan bitkilər.
Monokultura –
uzun müddət, arasıkəsilmədən təsərrüfatda becərilən yeganə kənd təsərrüfatı
bitkisi.
Monoqamiya
(yun. «gamos» - evlilik) - erkək və dişi cinslər arasında əlaqə.
Monopodial budaqlanma
(yun. «monos» – bir, «podos» - ayaq) - bitkilərdə rast gəlinən
tək- tək budaqlanma. Burada gövdənin əsas oxunun boy atma nöqtəsi uzununa
inkişafdan qalmır və boy nöqtəsinin aşağısından yan budaqlar əmələ gəlir.
Monopodial hamaşçiçək
– bax: botrik hamaşçiçəyi.
Monosaxaridlər (yun.
«monos» – bir, «sakxaron» - şəkər, «eydos» - növ) - aldehid və ya ketoqrupu
olan polihidroksil birləşmələr, sadə şəkərlər. Üzümün, şaftalının, qarpızın
meyvələrində müşahidə edilir.
Monosoma –
tənha, cüt olmayan xromosom, həmçinin homoloqu olmayan xromosom.
Monosporangi
(monosporadan + yun. «angeyon» – boru) - daxilində bir spor (monospor)
inkişaf etmiş sporangi; bəzi qırmızı yosunlarda təsadüf edilir.
Monosporlar (yun.
«monos» – bir + spor) - bəzi yosunların hüceyrələrində eyni zamanda
Ascomycetes sinfindən göbələklərin kisəsində bir – bir əmələ gələn sporlar.
Monospermiya (yun.
«monos» – bir, «sperma» - toxum) - toxum hüceyrəsinin bir erkək qametlə
qovuşması ilə gedən mayalanmanın çox geniş yayılmış üsulu.
Monotrixal (yun.
«monos» – tək, «trixos» - tük) - bir qamçısı olan bakteriyalar.
Monozlar (yun.
«monos» – tək) - bax: monosaxaridlər.
Morfogenez
(yun. «morphe» - forma, «genesis» - əmələ gəlmə) - bitkilərdə orqanların
(orqanogenez), toxumaların (histogenez), hüceyrələrin (sitogenez) böyüməsi
və inkişafının formalaşması.
Morfologiya
(yun. «morphe» - forma, «logos» - elm) - biologiyanın bir sahəsi olub,
orqanizmlərin forma və quruluşundan bəhs edir.
Morfoz – xarici
süni və ya təbii amillərin təsiri altında əmələ gələn qeyri-irsi dəyişkənlik.
Mövsümi –
ilin bir neçə ay davam edən hissəsi.
Mövsümi dimorfizm –
çiçəkli bitkilərin bir növündə iki mövsümi formanın (adətən yaz və gecyaylayan
və ya payız) mövcudluğu.
Mulçlama (yumşaltma)
– torpaqdan buxarlanmanı zəiflətmək, onun temperaturunu nizamlamaq,
torpaq strukturunu dağılmaqdan qorumaq və alaq otlarının cücərtilərilə
mübarizə aparmaq məqsədilə torpaq səthinin müxtəlif materiallarla (mulça
ilə) örtülməsi.
Mumiya – qaya
və dağ çatlarından sızan bioloji mənşəli, qətranaoxşar, balzam iyli
təbii maddə.
Mum örtüyü –
müdafiə rolu oynayan və bir çox bitkilərin meyvə, gövdə və yarpağının
səthini örtən nazik qatlı mumabənzər maddə.
Mumyetişmə
– toxumun yetişmə dərəcəsi olub, saralma və tərkibinin mum kimi bərk
olması ilə müəyyən olur.
Mural konidilər –
eninə və uzununa arakəsmələri (məs: Alternaria cinsinin natamam göbələklərində)
olan konidilər.
Mural sporlar –
hüceyrələrinin quruluşuna görə kərpic düzülüşünü xatırladan çoxhüceyrəli
sporlar; belə sporlarda nəinki eninə, eyni zamanda uzununa arakəsmələr
də olur.
Musson meşələri –
ilin quraqlıq vaxtında yarpaqlarını tökən meşələr. Musson iqlimli tropiklərdə
yayılmışdır.
Mutagen –
irsi dəyişkənliklər (mutasiyalar) əmələ gətirən fiziki, kimyəvi və s.
amillər.
Mutant – mutasiya
nəticəsində fərdi xüsusiyyətləri ilə başlanğıc formadan fərqlənən orqanizm.
Mutasiya (lat.
«mutatio» - dəyişmə) - müxtəlif amillərin təsiri altında gendə baş verən
və irsən keçən genotipik dəyişkənlik.
Muton - genin
mutasiya verə biləcək ən kiçik (minimal) hissəsi.
Mutualistik simbioz
– bax: mutualizm.
Mutualizm –
iki müxtəlif növdən olan orqanizmlərin elə birgə yaşayış formasıdır
ki, bu zaman tərəflər qarşılıqlı, faydalı və zəruri münasibətdə olur.
Mühit – orqanizmlərin
bitmə şəraiti, maddələr mübadiləsi və enerjisi, onların ətraf aləmlə
birliyi.
Mühafizə (qoruyucu)
meşələri – meşə yerlərinin quraqlıqdan, qara yeldən, defilyasiyadan,
eroziyadan və s. qorunması üçün əsasən süni salınan ağac və kol əkinləri.
Onlar külək qruyucu, eroziyaya qarşı, su tənzimləyici ola bilirlər.
Müxtəlifqamçılılar
– bax: sarı – yaşıl yosunlar.
Müxtəlifotluluq
– hər hansı bir sahədə ikiləpəli ot bitkilərinin cəmi.
Müxtəlifsporluluq –
bax: heterosporiya.
Müntəzəm (Aktinomorf)
çiçək – bax: aktinomorf çiçək.
Mürəkkəb çətir
– adi çətirdən ibarət olan, ayaqları əsas oxun bir nöqtəsindən radial
aralanan hamaşçiçək tipi.
Mürəkkəb çiçək qrupu
– hamaşçiçəyin əsas oxunda yerləşmiş çiçək qrupu.
Mürəkkəb fitosenoz
– bir çox bitki növlərindən və bir neçə laylardan ibarət olan fitosenozlar.
Mürəkkəb meyvə
– bir çiçəyin bir neçə dişiciyindən əmələ gəlmiş meyvə.
Mürəkkəb salxım
– uzun müddət əsas oxu böyümüş olan, eyni zamanda qalxan (məs: Panicum
cinsinin növlərində) və ya salxım halında olan, yan budaqları əmələ
gələn mürəkkəb botrik hamaşçiçək.
Mürəkkəb sporlar –
çoxhüceyrəli sporlar (məs: göbələk və şibyələrdə).
Mürəkkəb sünbül –
hər birində (məs: Triticum, Hordeum və s. növlərində) bir və ya bir
neçə çiçəyi olan sadə sünbüllərdən ibarət botrik hamaşçiçək tipi.
Mürəkkəb toxumalar
– bir neçə hüceyrə növündən ibarət olan toxumalar (məs.: epiderma,
mantar).
Mütəmadi çiçəkləyən
bitkilər (frans. «remonte» – təmir eləmək) - ildə bir neçə
dəfə çiçəkləyən və meyvə verən bitkilər.
Müvəqqəti aspekt
– vegetasiya dövrü müddətində tez – tez dəyişən aspekt.
Müvəqqəti dominantlar
– adətən zəif mühit əmələ gətirmə qabiliyyətinə malik yalnız qısa müddət
ərzində dominantlıq edən növlər.