| |
1934-cü
ilin iyul ayının 3-də Nəbatat bağı
və Nəbatat
İnstitutu
üçün Dağüstü parkdan
(indiki "Şəhidlər xiyabanı"ndan)
başlamış "Qurd qapısı"na
gedən yol arasında 80-100 hektar sahə
ayrılması və sahənin su ilə
təchiz edilməsi barədə qərar
qəbul edilir.
Abşeron
yarımadasının cənubi-şərq
hissəsində, dəniz səviyyəsindən
105-135 metr hündürlükdə salınan
Bakı Nəbatat bağı Bakının
cənub-şərq sisteminin yaşıl
zonasına daxil olaraq, eyni zamanda onun yaşıl
mədəni-mərkəzlərindən
biri hesab olunur.
Bakı
Nəbatat bağının elmi əhəmiyyəti
kserofit floranın bütün məcmusu
ilə nümayiş etdirilməsinin təkcə
Sovetlər məkanında deyil, eləcə
də Avropada analoqunun olmaması ilə müəyyən
edilir. Bu Bakı şəhərinin coğrafi
cəhətdən Asiya və Avropa florasının
qovuşuğunda yerləşməsi ilə
izah olunur. Bundan əlavə Bakıda botanikləri
öz ətrafında birləşdirən
Nəbatat bağının olması, onu
elmi-tədqiqat işlərinin və botaniki
fikrin mərkəzi etdi.

Nəbatat
bağında respublikamızda bitki ehtiyatlarının
xammal bazasını zənginləşdirmək
məqsədi ilə Azərbaycanda və
xarici ölkələrdə bitən bəzək,
dərman, efiryağlı və digər
faydalı bitkilərin introduksiyası və
iqlimləşdirilməsi, bitki genofondunun,
o cümlədən nadir və nəsli kəsilməkdə
olan bitkilərin çoxaldılması və
mühafizəsi üzərində geniş
elmi-tədqiqat işləri aparılır.
Nəbatat
bağında dünyanın müxtəlif
botaniki-coğrafi rayonlarından, o cümlədən
Azərbaycan florasından olan 2000-dən
artıq ağac, kol, çiçək
və ot bitkilərinin kolleksiyası toplanmışdır.

1960-1978-ci
illər bağın çiçəkləndiyi
illər hesab olunur. Bu illərdə Nəbatat
bağı Bakı, Gəncə, Sumqayıt
şəhərlərinin və Naxçıvan
MR-nın yaşıllaşdırılması
üçün
100 növdən ibarət 10 minlərlə
ağac, kol və çiçək bitkiləri
vermiş, o cümlədən Bakı şəhərinin
Yaşıllaşdırma
İdarəsinə
və Abşeronun sənaye müəssisələrinə,
Bakı Məişət Kondisionerləri
zavoduna, Azərelektroterm, radio, gəmi təmiri
zavodlarına, məktəb və bağçaların
yaşıllaşdırmasına köməklik
göstərmişdir.
Həmin
illərdə
Nəbatat bağı 70 xarici ölkənin
290 Nəbatat bağları ilə toxum mübadiləsi
aparmış, dərman, efiryağlı,
sənaye və bəzək əhəmiyyətli
bitkilərin aqrotexniki tövsiyələrini
hazırlayıb təsərrüfatlara vermişdir.
Hazırda
Bağda
Qafqaz florasından olan 125 növ nadir və
nəslikəsilməkdə olan və adları
keçmiş SSRİ-nin və Azərbaycanın
"Qırmızı
Kitab"larına
daxil edilmiş bitki kolleksiyası vardır.
Mərkəzi Nəbatat Bağının
nəzdində Elmi Şura və aspirantura
fəaliyyət göstərir.
Mərkəzi
Nəbatat Bağı bir mədəni-maarif
ocağı, yaşıllıq məbədi,
respublikamızın canlı yaşıl
muzeyi olmaqla, qiymətli, nadir bitkilərin
genofondunun qoruyub saxlanması və mühafizəsində
əvəzsiz rola malikdir.
Ünvan:
AZ-1073, Azərbaycan
Respublikası, Bakı şəh., Badamdar
şossesi, 40
Tel.: (994 12) 502-49-73; (994 12) 433-29-73
Email:
az_nabatat@hotmail.com
Direktor:
Oruc Vəli oğlu İbadlı
Biologiya elmləri doktoru, AMEA-nın müxbir
üzvü. Tel.: (994 12)
502-49-73;
(994 12) 433-29-73
Faks:
(994 12) 502-41-72
E-mail:
O_Ibadli@bakililar.az
Elmi
işlər üzrə direktor müavini:
Vahid Sabir oğlu Fərzəliyev. Fəlsəfə
doktoru, dosent.
Тел.: (994 12) 502-43-21
E-mail:
v.farzaliyev@yahoo.co.uk
Ümumi işlər üzrə direktor
müavini: Cəfərov Səttar Cəfər oğlu
Tel.: (994 12) 438-22-25 (əlavə 21)
Elmi katib: Hüseynova Nilufər Bəhram
qızı. Fəlsəfə doktoru, dosent.
Tel.: (994 12) 502-43-21
E-mail:
drnilufar@mail.ru
|
|