Təşkilatın
əsas elmi fəaliyyət istiqamətləri:
Azərbaycan və digər floradan
olan faydalı və
nadir, nəsli
kəsilməkdə olan bitkilərin biomüxtəlifliyi,
introduksiyası və məlumat bankının
yaradılması.
Əsas elmi nəticələr:
2009-ci ildə Mərkəzi Nəbatat Bağının respublikamızın
ərazisində sənaye əhəmiyyətli nadir və nəsli kəsilməkdə
olan bitkilərin biomüxtəlifliyi, introduksiyası və
məlumat bankının yaradılmasına həsr olunmuş tədqiqat
işləri aparılmışdır.
6 növ bitkinin (Celtis caucasica Willd. – qafqaz
dağdağanı, Celtis tournefortii Lam. – tornefort dağdağanı,
Crataegus pontica C.Koch. – pontika yemişanı, Juniperus
foetidissima Willd. – iyli ardıj, Pictacia mutica
Fisch. et Mey. – kütyarpaq püstə, Padus avium Mill.
– meşə gilası) ex situ və in situ şəraitdə böyümə
və inkişaf xüsusiyyətləri müqayisəli şəkildə öyrənilmiş,
ex situ şəraitində çoxaldılan bitki növlərində jüjərmə
faizinin təbii şəraitə nisbətən yüksək olduğu müəyyən
edilmişdir. Lonicera caprifolium L. – adi doqquzdon,
L.bracteolaris Boiss. et Buhse. – çiçəkaltıqlı d.,
L.caucasica Pall. – qafqaz d., L.iberica Bieb. – gürjü
d.) toxumla çoxaldılması öyrənilmişdir. 3 yemişan
növünün (Meyer yemişanı – Crataegus meyer Pojark,
beşyuvalı y. – C.pentaguna W.et K., qafqaz y. – C.caucasica
Koch et Kit.) toxumla və vegetativ yolla çoxaldılması
və ilkin bejərilmə aqrotexnikası işlənib hazırlanmışdır.
Şamaxı dayaq məntəqəsində adi badamın terraslar şəraitində
kök sistemi tədqiq edilmiş, 3 növ palıd jüjərtilərinin
morfogenezi öyrənilmişdir. 9 növ birgöz meyvələrinin
meyvələrinə görə təyin edilməsi üçün mühüm diaqnostik
əhəmiyyətə malik biomorfoloci xüsusiyyətləri öyrənilmişdir.
Topulqa jinsindən olan növlərin vegetativ çoxaldılması
məqsədilə təjrübələr qoyulmuşdur.
Tədqiqatlar dövründə şoranyer, koçi və nazik qarğasoğanı
növlərinin Naxçıvan MR, Gənjə, Daşkəsən, Şəki, Zakatala,
Qəbələ, Qax bölgələrindən əkin, səpin və herbari materialları
toplanmış, həmçinin geofit bitkiləri kolleksiya sahəsində
olan qarğasoğanı növləri araşdırılmış, 5 növün kolleksiyası
yaradılmışdır. Meşənovruzunun (Jyjlamen L.) bəzi növlərinin
(Jyjlamen elegans Boiss. et Buhse – zərif meşənovruzu,
C.vernum Sweet – yaz m.) çoxaldılması və istifadəsi
üzrə tədqiqat işləri aparılmışdır.
Oranjereya şəraitində 5 növ bitkinin (Boruçiçəkli
kalanxoe -Kalanchoe tubiflora, ağacvarı eoniumun -Aeonium
arboreum, qısayarpaq dikkia -Dyckia bromifolia, bromeliyayarpaq
pitkarniya- Pitcairnia bromeliafolia, yukka-Yucca)
introduksiya şəraitində morfogenezi, struktur əlamətləri
öyrənilmiş və ontogenezin ilkin dövrü üçün becərilmə
üsulları işlənmişdir.
Elmi kadrların hazırlanması:
Mərkəzi Nəbatat Bağı
yüksək ixtisaslı kadrların hazırlanmasına
xüsusi diqqət ayırır. Hazırda
Bağda çalışan 123 işçidən
23
elmi işçi,
2
- AMEA-nın müxbir üzvü,
3
-elmlər doktoru,
14 –elmlər namizədidir.
MNB-da aspirantura fəaliyyət göstərir
və burada 2
aspirant
və 7 dissertant
təhsilini davam etdirir. MNB-nin dissertanturasında
2 əcnəbi dissertant təhsil alır.
Ekspedisiyalar:
MNB-in kolleksiyasını zənginləşdirmək
məqsədi ilə Bağın əməkdaşları
Azərbaycanın müxtəlif bölgələrində
– Qazax-Gəncə, Quba-Qusar, Lənkəran-Masallı,
Naxçıvan, Şamaxı və
s. ekspedisiyalarda olurlar. Həmin bölgələrdən
ağac,
kol, çiçək bitkilərinin əkin
və səpin materialları (dəmirağac
- Parrotia və ağcaqayın - Acer
cinslərinə daxil olan növlər,
evkalipt - Eucalyptus, limon - Citrus,
kinkan - Fortunella, mandarin - Citrus,
akasiya - Acacia, küstüm - Mimosa,
qızılgül - Rosa, bənövşə
- Viola, əzgil - Mespilus, banan
- Musa, kivi - Kiwi, feyxoa – Acca
və s.) gətirilərək MNB-da introduksiya
edilmişdir.
Elmin istehsalatla əlaqəsini
gücləndirmək məqsədi ilə
MNB-da
Şamaxı dayaq məntəqəsi fəaliyyət
göstərir. Bu məntəqədə
terras üsulu ilə
əkilmiş qozmeyvəli bitkilərdən
ibarət böyük kolleksiya yaradılmışdır.