| |
AMEA MƏRKƏZİ
NƏBATAT BAĞININ DAXİLİ İNTİZAM
QAYDALARI:
-
Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Nəbatat Bağı gəzinti
üçün şənbə və
bazar günlərindən başqa hər
gün səhər saat 9-dan 16-yadək
açıqdır;
-
Bağda gəzinti ancaq əsas yollar boyu
aparılır;
-
Yaşıllıq, tinglik, eləcə
də şitillik və təcrübə
sahələrinə daxil olmaq qəti qadağandır;
-
Bağda bitkiləri qırmaq, gül yığmaq,
onları çıxarmaq, hovuzlarda çimmək,
quş və balıq tutmaq qəti qadağandır;
-
Oturulan yerləri, eləcə də bitki
olan sahələri zibilləmək, daş
və asfalt döşəmələrin
korlanmasına səbəb ola bilən hərəkətlər
(od qalamaq və.s. ) etmək qəti qadağandır;
-
Qiymətli və Azərbaycanın "Qırmızı
Kitabı"na daxil olmuş nadir və
nəsli kəsilməkdə olan bitkiləri
qıran şəxslər "Azərbaycanın
İnzibati Xətalar Məcəlləsi"
nin 127-ci maddəsinə əsasən hüquqi
və inzibati qaydada cəzalandırılır;
-
Mərkəzi Nəbatat Bağının
daxili qayda-qanunlarına riayət etməyən
şəxslər cərimə olunmaqla
Bağdan xaric edilir.




|
|