Kitabxana

      eng   |   ru

 


Bakı – 2011

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏRKƏZİ NƏBATAT BAĞI

NƏBATAT TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

Azərbaycan Milli Elmlər Akademiyasının 65 illik yubileyinə həsr olunur

Bakı -2011
AMEA Mərkəzi Nəbatat Bağının Elmi
Şurasının qərarına əsasən çap olunur

Baş redaktor: akademik Cəlal Əliyev
Redaktorlar: AMEA-nın müxbir üzvü, b.e.d. Oruc İbadlı
f.d., dosent Nilufər Hüseynova

Tərtib edənlər: AMEA-nın müxbir üzvü, b.e.d. Oruc İbadlı
f.d., dosent Nilufər Hüseynova
f.d., dosent Elmira Səfərova
Aliyə Zərgərli

Kompüter tərtibatı: Sevda Kazımova

Rəyçilər: AMEA-nın müxbir üzvü, b.e.d. İbrahim Əzizov
b.e.d. Elşad Qurbanov

Nəbatat terminlərinin izahli lüğəti. Bakı, “Elm”, 2011

Oxuculara təqdim olunan “Nəbatat terminlərinin izahlı lüğəti” Mərkəzi Nəbatat Bağının alimlərinin əməyinin bəhrəsidir. Lüğət nəbatat elminə aid olan 4250-dən çox termini əhatə edir.
“Nəbatat terminlərinin izahlı lüğəti” dərs vəsaiti və məlumat kitabçası kimi elmi işçilər, ali və orta məktəb müəllimləri, şağirdlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 


Bakı – 2010

M.R. QURBANOV

MEYVƏ VƏ TOXUMLARINA GÖRƏ BİTKİ NÖVLƏRİNİN QEYRİ - ƏNƏNƏVİ
TƏYİNAT ÜSULLARI

(METODİK VƏSAİT)

Redaktor: biologiya elmləri namizədi,
dosent V.S.Fərzəliyev


M.R.Qurbanov
Meyvə və toxumlarina görə bitki növlərinin qeyri-ənənəvi təyinat üsullari, Bakı, «Elm», 2010 – 60 s.

Kitabçada göyrüş növlərinin timsalında bitkilərin meyvə və toxumlarının qeyri-ənənəvi üsulla növ mənsubiyyətinin təyinat ardıcıllığı öz əksini tapmışdır. Vəsaitdə göyrüş növlərinin meyvə və toxumlarının biomorfoloji xüsusiyyətləri, onların dixotomik, rəqəmsal və hərfli- rəqəmsal politomik təyinat açarları verilmişdir.
Kitabça botaniklər, sistematiklər, nəbatat bağları işçiləri, biomüxtəliflik üzrə geniş ixtisaslı bioloqlar, bioloji, tibbi ekspertiza, paleokarpoloji, geoloji və arxeloji tədqiqatlarla məşğul olan mütəxəssislər, bioloji fakultələrin müəllim və tələbələri və b. üçün nəzərdə tutulmuşdur.


 

 


Bakı – 2009

AZƏRBAYJAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRKƏZİ NƏBATAT BAĞI - 75

AMEA Mərkəzi Nəbatat Bağının inkişaf tarixi haqqında qısa məlumat

O.V. İbadlı, N.B. Hüseynova

 

Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyinə həsr olunur

Bakı – 2009

Elmi-tədqiqat işləri aparılmayan Nəbatat bağı – adicə parkdır, elmi-tədqiqat işləri aparılan Bağ isə cəmiyyətin inkişafında, maarifləndirilməsində mühüm rol oynayır.

Belə bağlardan biri də ərazisi 45 hektar olan və Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, onun yaşıl mədəni mərkəzi hesab olunan Azərbaycan MEA-nın Mərkəzi Nəbatat Bağıdır.

 





Bakı -2009





Bakı -2009




Bakı -2009

Oruc İbadlı
Aliyə Zərgərli

BİTKİ ADLARI HAQQINDA NƏ BİLİRSİNİZ ?

AMEA Mərkəzi Nəbatat Bağının 75 illik yubileyi ilə əlaqədar Bağın Elmi şurasının qərarına əsasən çap olunur.

Bakı -2009

Redaktorları: biologiya elmləri namizədi V.S. Fərzəliyev,

biologiya elmləri namizədi, dosent N.B.Hüseynova

 

Oruc İbadlı, Aliyə Zərgərli

«Bitki adları haqqında nə bilirsiniz?», Bakı, «Elm», 2009.

Kitabda uzun illər Qafqaza ekspedisiyalar və ezamiyyələr zamanı müxtəlif regionların sakinləri ilə aparılmış sorğular, çoxsaylı ədəbiyyatların araşdırılması nəticəsində bitki adları haqqında əldə edilmiş geniş materiallar verilmişdir.

Müəlliflərin əsas məqsədi bitki adlarının milli dilimizdə ayrı-ayrı regionların ləhcəsində adlandırılmasını, kimyəvi tərkibi, qida, dərman, bəzək əhəmiyyətini, xalq təbabətində və tibbidə müxtəlif xəstəliklərin müalicəsində istifadə qaydalarını və s. geniş oxucu kütləsinə çatdırmaqdan ibarət olmuşdur.

Kitabdan həvəskar nəbatatçılar, biologiya sahəsində çalışan mütəxəssislər, ali və orta məktəb müəllimləri, aqranomlar, tələbə və şagirdlər faydalana bilər.






Bakı -2009
Oruc İbadlı
Müalicə bitkiləri

Dərman bədrənci

Redaktorları: V.S.Fərzəliyev, N.B.Hüseynova

Oruc İbadlı

Bədrənc (ballı nanə, limonotu), Bakı, 2009

Dərman, qida və ətirli-ədviyyəli bitki kimi misilsiz imkanlara malik, əvəzolunmaz əhəmiyyət kəsb edən bədrənc hələ qədim zamanlardan insanlar tərəfindən istifadə olunmuşdur.

Kitabçada bədrəncin bioloji xüsusiyyətləri, əkilməsi, becərilməsi, müxtəlif xəstəliklərin müalicəsində istifadəsi qaydaları və s. öz əksini tapmışdır.

Kitabçanın tərtibində AMEA-nın müxbir üzvü, b.e.d. O.V İbadlının anası Seyid Fatimənin söz boxçasından və Qafqazda apardığı 42-illik tədqiqatların materiallarından istifadə etmişdir.

Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabın ərsəyə gəlməsində böyük xidmətləri olan S.N. Kazımova, A.O. Nəsibova, və G.T. Əliyevaya təşəkkürümüzü bildiririk.




Bakı -2008




Bakı -2008




Bakı -2007




Bakı -2006

O.V. İbadlı, A.D. Mehralıyev

Abşeron şəraitində sarmaşan bitkilərin becərilməsi

Redaktoru: b.e.n. N.B. Hüseynova

Abşeron şəraitində sarmaşan bitkilərin becərilməsi, Bakı, 2006

Kitabda Azərbaycan MEA Mərkəzi Nəbatat Bağında uzun illər müşahidə edilmiş və son illərdə üzərlərində geniş elmi - tədqiqat işləri aparılmış 50-dən artıq sarmaşan bitkilərin (Lianların) biomüxtəlifliyi, taksonomiyası, xalq təsərrüfatı əhəmiyyəti, becərilmə aqrotexnikası, yaşıllaşdırmada istifadə olunma qaydaları, xəstəlik və ziyanvericilərinə qarşı mübarizə tədbirləri haqqında hərtərəfli məlumat verilir.

Kitabdan həvəskar bağbanlar, biologiya sahəsində çalışan mütəxəssislər, ali və orta məktəb müəllimləri, aqronomlar, tələbə və şagirdlər faydalana bilərlər.

Kitabın ərsəyə gəlməsində böyük xidmətləri olan V.M. Abdulxalıqova (fotoşəkillər üçün), S.N.Kazımova və E.N. Fərəcovaya (texniki yardım üçün) təşəkkürümüzü bildiririk.





Bakı -2006

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏRKƏZİ NƏBATAT BAĞI

BİTKİLƏRİN İNTRODUKSİYASI VƏ İQLİMLƏŞDİRİLMƏSİ

Mərkəzi Nəbatat Bağının əsərləri

VI

Bakı - «Elm» - 2006

Redaktorlar: b.e.d., O.V.İbadlı, b.e.n., N.B.Hüseynova

Redaksiya heyəti: b.e.n. E.P.Səfərova, b.e.n., dos., Ş.N.Qasımov, b.e.n. C.N.Nəcəfova

Məcmuə Abşeronun quru subtropik şəraitində yerli, ayrı-ayrı ölkələrin florasından olan bəzək, dərman, efiryağlı ağac, kol, ot və çiçək, o cümlədən nadir və əsli kəsilməkdə olan bitkilərinin öyrənilməsinə həsr olunmuşdur.

Kitabda bir sıra bitkilərin bioloji xüsusiyyətləri, o cümlədən biomorfologiyası, bioloji müxtəlifliyi, boy və inkişafının dinamikası, çoxaldılma üsulları və vaxtı, ilkin becərilmə aqrotexnikası, respub¬likanın şəhər və digər yaşayış məntəqələrinin yaşıllaşdırıl¬masında istifadəsi haqqında tövsiyələr verilmişdir.

Topludan bitkilərin introduksiyası ilə məşğul olan elmi işçilər, aqronomlar, biologiya və kənd təsərrüfatı mütəxəssisiləri, aspirantlar, tələbələr,maqistrlar, həvəskar bağbanlar istifadə edə bilərlər.

© “Tural” NPM - 2006





Bakı -2005

Oruc İbadlı

Müalicə bitkiləri

Ç i r i ş

Redaktorları: A.Rüstəmli, N.Hüseynova

Dərman, qida və texniki bitki kimi əvəzolunmaz əhəmiyyət kəsb edir. Bu bitki insan orqanizmi üçün misilsiz əhəmiyyətə malik olmaqla, mədə-bağırsaq xəstəliklərinin müalicəsində, sınıq, çıxıq və oynaq ağrılarının müalicəsində istifadə edilir. Xalq təbabətində qədimdən məlumdur.

Bu kitabçada çirişin bioloji xüsusiyyətləri, əkilməsi, becərilməsi, müxtəlif xəstəliklərin müalicəsində ondan istifadə edilməsi qaydaları və s. öz əksini tapmışdır.

Kitabçada istifadə etdiyimiz materiallar, anam Seyid Fatmanın söz boxçasının və Qafqazda 38 illik tədqiqatlar zamanı türkəçarəçilərdən toplanmış və öz şəxsi müalicələrimin məhsuludur.

Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.





Bakı -2005

Oruc İbadlı

Müalicə bitkiləri

Qulançar və ya Mərəçüyüd

Redaktorları: A.Rüstəmli, N. Hüseynova

Dərman və qida bitkisi kimi xalq təbabətində, əczaçılıqda lap qədimdən istifadə olunur. İnsan orqanizmi üçün çox əhəmiyyət kəsb etməklə, başın tükünün tökülməsi, vərəm xəstəliyinə qarşı, qandayandırıcı, sidikqovucu, böyrək və ürək xəstəliklərinin müalicəsində istifadə edilir.

Kitabçada istifadə etdiyimiz materiallar anam Seyid Fatmanın söz boxçasından və Qafqazda 38 illik təqdiqatlar zamanı türkəçarələrdən toplanmış və öz şəxsi müalicələrimizin məhsuludur.

Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 





Bakı -2005

Центральный Ботанический Сад
Национальной Академии Наук Азербайджана

О.В Ибадлы
Конспект геофитов Кавказа

Печатается по постановлению Ученого Совета Центрального Ботанического Сада НАН Азербайджана

Редакторы: Чл.- корр. НАН Азербайджана, доктор биол. наук, проф. С. Г.Мусаев, к.б.н. Э.П.Сафарова

Рецензенты: доктор биол. наук, проф. А.М. Аскеров,
доктор биол. наук А.А. Байрамов

О.В. Ибадлы «Конспект геофитов Кавказа». Баку, Элм, 2005, С.

В книге приводится современный таксономический состав геофитов Кавказа: уточнены 29 семейств, 93 родов, включающих 528 видов, в том числе 125 редких и исчезающих видов вошедших в « Красную Книгу» СНГ и Азербайджана.
Изученные виды по своим жизненным формам классифицированы в 4 группы: 88 клубневые, 40- клубнелуковичные, 165-корневищные и 235- луковичные. Приведены данные об их местообитании, распространении.
Представляет интрес для ботаников, систематиков, магистров, аспирантов и студентов вузов.





Bakı -2005

Oruc İbadlı

Zəfəran

Redaktorları : A. Rüstəmli, N. Hüseynova

O.V. İbadlı. Zəfəran (azərbaycan, rus və ingilis dillərində)

Əvəzedilməz yeraltı və yerüstü sərvətləri ilə zəngin olan bərəkətli Azərbaycan torpağı lap qədim zamanlardan Orta, Yaxın və Uzaq Şərqdə, o cümlədən Qərb ölkələrində şəfaverici bitkiləri ilə şöhrət qazanmışdır. Ölkəmizə dünya şöhrəti qazandıran bitkilərdən biri də « Şərqin möcüzəsi » adlandırılan zəfərandır.

Bu kitabçada zəfəranın əkilməsi, becərilməsi, qurudulması, saxlanması xalq təbabətində və tibbidə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi qaydaları və s. öz əksini tapmışdır. İstifadə olunmuş materiallar tədqiqatçı alimin uzun illər türkəçarələrdən toplanmış və öz şəxsi müalicələrinin məhsuludur.

Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 





Bakı -2005





Bakı -2004





Bakı -2003





Bakı -2002





Bakı -2002





Bakı -2002





Bakı -2002



 


© 2004 Azərbaycan Milli Elimlər Akademiyası. Mərkəzi Nəbatat Bağı